Çexiya XİN başçısı "Şərq tərəfdaşlığı" proqramını aktivləşdirməyə çağırıb

Çexiya XİN başçısı "Şərq tərəfdaşlığı" proqramını aktivləşdirməyə çağırıb Lyubomir Zaoralek: "Şərq Tərəfdaşlığı" proqramına enerji verməyin vaxtı çatıb"
Xarici siyasət
30 May , 2017 15:23
Çexiya XİN başçısı Şərq tərəfdaşlığı proqramını aktivləşdirməyə çağırıb

Bakı. 30 may. REPORT.AZ/ "Şərq Tərəfdaşlığı" proqramına enerji verməyin vaxtı çatıb".

"Report" xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek Praqada AŞPA-nın Daimi Komitəsinin iclasında sualları cavablandırarkən deyib.

O, Avropa İttifaqının (Aİ) bu proqramının əhəmiyyətini qeyd edib.

Nazirin sözlərinə görə, proqram çərçivəsində əməkdaşlığın zəifləməsi xüsusilə indiki vaxtda təhlükəli ola bilər.

Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi