Çexiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplər əsasında həllinin zəruriliyini bildirib

Çexiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplər əsasında həllinin zəruriliyini bildirib Lyubomir Zaoralek: "Danışıqların mövcud formatlarını dəstəkləmək lazımdır"
Xarici siyasət
8 Dekabr , 2016 15:20
Çexiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplər əsasında həllinin zəruriliyini bildirib

Bakı. 8 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əvvəlcədən razılaşdırılmış prinsiplər əsasında çıxış yolu tapmaq lazımdır".

"Report" xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

Onun sözlərinə görə, danışıqların mövcud formatlarını dəstəkləmək lazımdır.

XİN başçısı həmçinin Moldova, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpasına çağırış edib.

Son xəbərlər

Orphus sistemi