Yuxarı
    Bağlamaq

    Çexiya Senatının sədri Azərbaycana səfər edəcək

    Gələn ilin yanvar ayında Bakıda Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Çexiya Senatının sədri Milan Ştex və ölkənin təhsil naziri Katerina Valahova gələn ilin birinci yarısında Azərbaycana rəsmi səfərə gələcəklər.

    "Report" xəbər verir ki, bu barədə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka keçirdiyi mətbuat konfransında məlumat verib.

    "Gələn il Çexiya Senatının sədri və təhsil nazirinin Azərbaycana səfəri gözlənilir. Çox güman, səfər ilin ilk yarısında baş tutacaq. Belə ki, ilin ikinci yarısında ölkəmizdə parlament seçkiləri keçiriləcək" - V.Pivonka bildirib.

    Onun sözlərinə görə, Senat sədrinin Milli Məclisin sədri, Azərbaycan Prezidenti ilə görüşləri nəzərdə tutulub.

    Qeyd edək ki, gələn ilin yanvar ayında Bakıda Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi