Çexiya səfiri: "Enerji təchizatının şaxələndirilməsi GUAM və Vışeqrad qrupu ölkələri arasında əməkdaşlıq mövzusu ola bilər"

Çexiya səfiri: "Enerji təchizatının şaxələndirilməsi GUAM və Vışeqrad qrupu ölkələri arasında əməkdaşlıq mövzusu ola bilər" "Avropada enerji təhlükəsizliyi məsələsini həll edəcək ölkə yoxdur"
Xarici siyasət
7 Noyabr , 2016 15:29
Çexiya səfiri: Enerji təchizatının şaxələndirilməsi GUAM və Vışeqrad qrupu ölkələri arasında əməkdaşlıq mövzusu ola bilər

Bakı. 7 noyabr. REPORT.AZ/ "Avropada enerji təhlükəsizliyi məsələsini həll edəcək heç bir ölkə yoxdur".

"Report" xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka "GUAM və Vışeqrad qrupu: regional əməkdaşlığın imkanları və məhdudiyyətləri" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

"Vışeqrad qrupu ölkələri (Polşa, Çexiya, Slovakiya, Macarıstan - red.) həm GUAM, həm də Şərq Tərəfdaşlığı ölkələri (Azərbayacn, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan - red.) ilə həmsərhəddir. Avropada heç bir ölkə enerji təhlükəsizliyi məsələsini həll edə bilmir. Buna görə də enerji təchizatının şaxələndirilməsi bizim üçün son dərəcə əhəmiyyətlidir. Bu məsələ GUAM və Vışeqrad qrupu ölkələri arasında əməkdaşlıq mövzusu ola bilər" - V.Pivonka bildirib.

Onun sözlərinə görə, bu gün Vışeqrad qrupu ölkələri üçün inkişafın perspektivli istiqaməti GUAM ölkələri üçün də prioritet olan turizm sahəsidir.

Son xəbərlər

Orphus sistemi