Yuxarı

​Çexiya prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Miloş Zeman Bakıda biznes-seminarın açılışında iştirak edəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Çexiya prezidenti Miloş Zeman gələn həftə Azərbaycana səfər edəcək. "Report" Çexiya prezidentinin mətbuat katibi Yirji Ovçaçekə istinadən xəbər verir ki, Çexiyanın dövlət başçısı Bakıya həyat yoldaşı İvana ilə birlikdə gələcək.

Səfər zamanı M.Zemanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi və biznes-seminarda iştirak edəcəyi gözlənilir.

Çexiya prezidenti sentyabrın 14-ü axşam Azərbaycana gələcək. Sentyabrın 15-nə Azərbaycan və Çexiya prezidentlərinin görüşü və iki ölkənin nümayəndə heyətlərinin danışıqları planlaşdırılır.

Sentyabrın 16-da dövlət başçıları M.Zeman və İ.Əliyev Bakıda biznes-seminarın açılışında iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi