Yuxarı

​Çexiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Miloş Zemanı aeroportda baş nazirin birinci müavini və digər rəsmilər qarşılayıblar

Bakı. 15 sentyabr. REPORT.AZ/ Çex Respublikasının prezidenti Miloş Zeman Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Miloş Zemanı və xanımı İvana Zemanovanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi