Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana səfər edəcək

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana səfər edəcək Praqada 2019-cu ildə Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır
Xarici siyasət
13 Fevral , 2019 14:41
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana səfər edəcək
Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert / Report / Elchin Murad

Bakı. 13 fevral. REPORT.AZ/ Çexiya parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek ilin birinci yarısında Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, bu il həmçinin Praqada Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi  planlaşdırılır.

"Prezident İlham Əliyevin 2019-cu ilin ikinci yarısına planlaşdırılan Çexiyaya rəsmi səfəri də ilin hadisəsi olmalıdır", - diplomat deyib.

Son xəbərlər

Orphus sistemi