Çexiya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin vacibliyini bəyan edib

Çexiya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin vacibliyini bəyan edib Azərbaycanın səfiri Çexiya XİN rəhbəri ilə görüşüb
Xarici siyasət
27 Noyabr , 2014 11:45
Çexiya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin vacibliyini bəyan edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyevi qəbul edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Lubomir Zaoralek Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. 

Eyni zamanda, iki ölkə arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Nazir Çexiya tərəfinin Azərbaycanın tikinti və nəqliyyat sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib.

Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətlərə dair qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi