Yuxarı
    Bağlamaq

    ​Çex Respublikasının Prezidenti Miloş Zemanın rəsmi qarşılanma mərasimi olub

    Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycana rəsmi səfərə gələn Çex Respublikasının Prezidenti Miloş Zemanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.

    "Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

    Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

    Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Çex Respublikasının Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı qarşılayıblar. 

    Fəxri qarovul dəstəsinin rəisi Çex Respublikasının Prezidentinə raport verib.

    Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

    Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Çex Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

    Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Miloş Zemana, Çex Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

    Prezidentlər rəsmi foto çəkdirdiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi