Yuxarı

Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsi keçiriləcək

Məmmədquliyev: Azərbaycan mütləq ÜTT-nin üzvü olacaq, bunun nə vaxt reallaşacağı isə zaman məsələsidir

Bakı. 23 iyun. REPORT.AZ/ İyulun 19-dan 23-dək İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

"Azərbaycan üzrə işçi qrupunun iclası olacaq. Kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqlar olacaq və ola bilsin, üç və bəlkə daha çox təşkilat üzvü ilə danışıqlar aparılsın. Bizim artıq Rusiya, Səudiyyə Ərəbistanı və Norveçdən təklifimiz var. Bəlkə də danışıqlar aparmaq istəyinə düşəcək başqa ölkələr də oldu", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, Azərbaycan mütləq ÜTT-nin üzvü olacaq, bunun nə vaxt reallaşacağı isə zaman məsələsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi