Çavuşoğlu: "Türkiyə və Fransa Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyə bilər”

Çavuşoğlu: "Türkiyə və Fransa Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyə bilər” “Türkiyə və Fransa Cənubi Qafqazda Azərbaycan və Ermənistanın rifanını təmin edəcək davamlı sülhü birlikdə dəstəkləyə bilər”.
Xarici siyasət
215
7 İyun , 2021 11:39
Çavuşoğlu: Türkiyə və Fransa Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyə bilər”
Mövlud Çavuşoğlu

“Türkiyə və Fransa Cənubi Qafqazda Azərbaycan və Ermənistanın rifanını təmin edəcək davamlı sülhü birlikdə dəstəkləyə bilər”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “L'Opinion” qəzetində dərc olunan məqaləsində bildirib.

“Tarixin siyasi məqsədlər üçün istifadəsi, təhrif edilməsi heç vaxt münaqişənin həllinə, ədalətin bərpasına yardım etməyib. Əgər ekstremist ermənilərin əsassız tələblərinə görə Türkiyə-Fransa əlaqələrinin girov götürülməsinə mane olunarsa, Türkiyə və Fransa ortaq səyləri ilə Cənubi Qafqazın sabitliyinə daha yaxşı töhfə verə bilər.

Unutmaq olmaz ki, Balkanlarda da Türkiyə rəqib deyil, əksinə, bölgənin sabitliyi və firavanlığı, Avropa İttifaqı və transatlantik siyasətin həyata keçirilməsi üçün tamamlayıcı rol oynayır”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi