Çavuşoğlu: "Türkiyə və Azərbaycanın münasibətləri bütün sahələrdə yüksək səviyyədədir"

Çavuşoğlu: "Türkiyə və Azərbaycanın münasibətləri bütün sahələrdə yüksək səviyyədədir" Azərbaycan XİN başçısı Bakıda səfərdə olan türkiyəli həmkarı ilə görüşüb
Xarici siyasət
27 Noyabr , 2015 14:26
Çavuşoğlu: Türkiyə və Azərbaycanın münasibətləri bütün sahələrdə yüksək səviyyədədir

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. 

"Report" xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib ki, türkiyəli həmkarını Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişi haqqında məlumatlandırıb. 

E.Məmmədyarov bu münaqişənin həlli məsələsinin irəliləməsinin vacibliyini qeyd edən Rusiya nümayəndə heyətlərinin səfərləri haqqında xatırladıb.

"Həmsədrlərin regiona sonuncu səfəri zamanı prezidentlərin görüşü ideyası irəli sürülüb. Biz bu fikri dəstəklədik. Ümid edirəm ki, bu görüş ilin sonuna qədər baş tutacaq", - Azərbaycan XİN başçısı vurğulayıb.

Öz növbəsində, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı noyabrın 1-də keçirilən parlament seçkilərilə əlaqədar təbrik edib.

M.Çavuşoğlu qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri bütün sahələrdə yüksək səviyyədədir.

Dünən Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyata da münasibət bildirən Türkiyə XİN başçısı 2 polisin ölümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. O qeyd edib ki, Türkiyə özü də bu problemlə qarşılaşdığından, Azərbaycanla terrorizmlə mübarizədəki təcrübəsini bölüşməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi