Çavuşoğlu: “Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”

Çavuşoğlu: “Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq” “Orta koridorun önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”.
Xarici siyasət
14 Dekabr , 2022 18:02
Çavuşoğlu: “Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”

“Orta dəhlizin önəmini artırmaq üçün birlikdə daha çox çalışacağıq”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün Türkmənistanda keçirilmiş görüş tarixi əhəmiyyət daşıyır: “Əlbəttə, biz bunu davam etdirəcəyik. Bu günkü görüşdə Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılması məsələsinin detallarını hazırlamaq üçün işçi qrupun yaradılması barədə qərar qəbul etdik”.

Nazir söyləyib ki, Türkiyə, Azərbaycan və Türkmənistan ortaq dil, din, tarix və mədəniyyətə sahibdir: “Ölkələrimiz arasında güclü əlaqələr var”.

Son xəbərlər

Orphus sistemi