Çavuşoğlu: "Öldürülən Azərbaycan vətəndaşının nəşi ölkəsinə göndəriləcək"

Çavuşoğlu: "Öldürülən Azərbaycan vətəndaşının nəşi ölkəsinə göndəriləcək" “Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşının nəşini Vətəninə göndərəcəyik”.
Xarici siyasət
25 Yanvar , 2021 14:59
Çavuşoğlu: Öldürülən Azərbaycan vətəndaşının nəşi ölkəsinə göndəriləcək
Mövlud Çavuşoğlu

“Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşının nəşini Vətəninə göndərəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Dəniz quldurlarının vətəndaşlarımıza hücumu olmuşdu. Hazırda 15 vətəndaşımız qaçırılıb. Həlak olan Azərbaycan vətəndaşı İslam qaydalarına uyğun olaraq yuyulub kəfənlənib. Bunun üçün Qabon hökumətinə təşəkkür edirəm”, - o bildirib.

Qeyd edək ki, yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılov həlak olub.

Son xəbərlər

Orphus sistemi