“Hədəfimiz türk dünyasının siyasi, iqtisadi və mədəni əlaqələrini genişləndirməkdir”.
“Report”un Ankara Bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada media nümayəndələri üçün ilin son toplantısında bildirib.
M.Çavuşoğlu bu istiqamətdə Azərbaycanla Türkiyənin ikitərəfli görüşlərinin əhəmiyyətini vurğulayıb: “Azərbaycan və Türkiyənin ticarət və nəqliyyat nazirlərinin görüşləri olub. Bu il Türkiyə-Azərbaycan-Qazaxıstan, Türkiyə-Azərbaycan-Özbəkistanın xarici işlər nazirlərilə birgə görüşlər keçirdik. Türkiyə-Azərbaycan-Türkmənistan zirvəsi isə tarixi inkişaf yolunu təşkil etdi”.
Nazir bu il Türk Dövlətləri Təşkilatının 5 illik strateji hədəfini müəyyənləşdirildiyini də vurğulayıb.