Çavuşoğlu Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım edib

Çavuşoğlu Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım edib Şair 2009-cu il fevralın 13-də Bakıda vəfat edib
Xarici siyasət
13 Fevral , 2021 14:37
Çavuşoğlu Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım edib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümü ilə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

"Can Azərbaycanın İstiqlal şairi Baxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümünu hörmət və rəhmətlə anıram. Şeirləri qəlbimizdə yaşayacaq", - XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Azərbaycan şairi, dramaturqu, ədəbiyyatşünası Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində (o vaxtkı Nuxa qəzasında) dünyaya gəlib.

O, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000), "İstiqlal" ordeni ilə təltif olunub.

Şair 2009-cu il fevralın 13-də Bakıda vəfat edib.

Son xəbərlər

Orphus sistemi