Cavid Vəliyev: Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu bütün layihələr regional inkişafa hədəflənib

Cavid Vəliyev: Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu bütün layihələr regional inkişafa hədəflənib Azərbaycan təşəbbüsü və iştirakının olduğu bütün layihələr regional inkişafa hədəflənib.
Xarici siyasət
29 may 2024 10:41
Cavid Vəliyev: Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu bütün layihələr regional inkişafa hədəflənib

Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu bütün layihələr regional inkişafa hədəflənib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev İtaliya Senatında keçirilən "İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli əlaqələr: Enerji təhlükəsizliyi və xarici siyasət" mövzusundakı tədbirdə çıxışı zamanı bildirib.

C.Vəliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın Orta Dəhliz boyu nəqliyyat imkanları artacaq: "Bu, regionun bütün dövlətləri üçün yeni imkanlar yaradacaq".

BMTM-in şöbə müdiri logistika sahəsindəki müsbət məqamları da sadalayıb:

"Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında azad iqtisadi zonanın yaradılması, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında logistika qovşağının yaradılması, logistika sektoruna dövlət dəstəyi, layihələrin maliyyələşdirilməsi üçün xarici investisiyaların cəlbi və insan resursu potensialını bu sırada xüsusi qeyd etmək istəyirəm. 2021-ci ildə Azərbaycanda yol infrastrukturuna 1,2 milyard avro investisiya yatırılıb. Bu, daha əvvəlki illə müqayisədə 60% artım demək idi".

Son xəbərlər

Orphus sistemi