Cavanşir Axundov Azərbaycanın Latviyada səfiri təyin edilib

Cavanşir Axundov Azərbaycanın Latviyada səfiri təyin edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Xarici siyasət
7 Mart , 2016 19:11
Cavanşir Axundov Azərbaycanın Latviyada səfiri təyin edilib

Bakı. 7 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Cavanşir Axundovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamıyla Cavanşir Axundov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Son xəbərlər

Orphus sistemi