"Beynəlxalq təşkilatlara inam azalıb.
Cənubi Qafqazda tarixi-memarlıq abidələrinə qarşı vəhşiliklər oldu. Amma UNESCO bu məsələ ilə ciddi məşğul olmadı".
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə görüşü zamanı deyib.
O bildirib ki, ATƏT-in keçmiş Minsk qrupu da eyni şəkildə fəaliyyətsizliyi ilə seçilib: "Səfərlər oldu, amma nəticə üçün hansısa töhfə verilmədi. Həmçinin koronavirus pandemiyası dövründə Ümumdünya Səhiyyə Təşkilatı da səriştəsiz oldu. Beləliklə, beynəlxalq təşkilatlara inam azalıb".