Bursa bələdiyyəsinin sədri: “Türk dünyasının mədəniyyət paytaxtı estafetimizin Şuşaya verilməsindən qürurlandıq”

Bursa bələdiyyəsinin sədri: “Türk dünyasının mədəniyyət paytaxtı estafetimizin Şuşaya verilməsindən qürurlandıq” “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi vaxtdan icra etdiyimiz çoxşaxəli zəngin proqramlarının və bu estafetimizin 2023-cü ildə Qarabağın gözbəbəyi Şuşa şəhərinə ötürülməsindən qürur hissi keçirdik”.
Xarici siyasət
21 Dekabr , 2022 18:53
Bursa bələdiyyəsinin sədri: “Türk dünyasının mədəniyyət paytaxtı estafetimizin Şuşaya verilməsindən qürurlandıq”

“Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi vaxtdan icra etdiyimiz çoxşaxəli zəngin proqramlarının və bu estafetimizin 2023-cü ildə Qarabağın gözbəbəyi Şuşa şəhərinə ötürülməsindən qürur hissi keçirdik”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin Bursa şəhər bələdiyyəsinin sədri Alinur Aktaş bildirib.

Bələdiyyə sədri deyib ki, “Bursa-2022” tədbirləri çərçivəsində bu şəhərə gələn turistlərin sayı daha da artıb. O, türk dünyasından gələn turistlərin Şuşaya da axın edəcəyinə ümid edir:

“Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi vaxtdan ənənəvi türk dünyası oyunları, Nizami Gəncəvi, Yunus Əmrə ilə bağlı proqramlar, fərqli-fərqli tədbirlər və fəaliyyətlər icra etdik. Təbii ki, bu tədbirlərdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının da çox dəstəyi oldu. Bu tədbirlər çərçivəsində qardaş Azərbaycandan çox önəmli qonaqlarımız gəldi. Ümid edirəm ki, Şuşa da türk dünyasının mədəniyyət paytaxtı olaraq rəngarəng proqramları, gözəl mənzərəsi, tarixi, ənənələrilə bərabər dünyanın dörd bir tərəfindən turistləri özünə cəlb edəcək. Biz də bu məsələdə öz təcrübəmizi bölüşməyə və bacardığımız dəstəyi göstərməyə hazırıq. Bursa Türkiyədə turistlərin ən çox gəldiyi şəhərlərdən biridir, mədəniyyət paytaxtı olduqdan sonra isə şəhərimizə daha da çox turist gəlməyə başladı. Əminəm ki, Şuşa da turizm, mədəniyyət, sənət və digər mövzularda turistlərin maraq mərkəzinə çevriləcək”.

Son xəbərlər

Orphus sistemi