Budapeştdə Vilayət Quliyevin monoqrafiyası işıq üzü görüb

Budapeştdə Vilayət Quliyevin monoqrafiyası işıq üzü görüb Vilayət Quliyev bu kitabı AMEA-nın yaradılmasının 70 illiyinə ithaf edib
Xarici siyasət
11 Sentyabr , 2015 20:50
Budapeştdə Vilayət Quliyevin monoqrafiyası işıq üzü görüb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfiri, tanınmış alim Vilayət Quliyevin “Rusiya şərqşünaslığında Azərbaycan məktəbi” (XIX əsrin birinci yarısı) monoqrafiyası bu günlərdə məşhur L`Harmattan nəşriyyatında ingilis dilində nəşr olunub.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, kitab Tiflis, Qazan, Moskva, Peterburq arxivlərində aparılan axtarışlar və toplanan materiallar əsasında qələmə alınıb.

Kitabda müəllif XIX əsrin ilk onilliklərindən etibarən Rusiya imperiyasının Moskva, Qazan və Peterburq universitetlərində və digər qurumlarda Azərbaycan əsilli pedaqoq və alimlərin elmi irsini sistemli, ardıcıl şəkildə araşdırıb.

Qeyd edək ki, Vilayət Quliyev bu kitabı Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 illiyinə ithaf edib. 

Son xəbərlər

Orphus sistemi