​Budapeştdə macar ictimaiyyətinə Xocalı soyqırımı haqqında geniş məlumat verilib

​Budapeştdə macar ictimaiyyətinə Xocalı soyqırımı haqqında geniş məlumat verilib Paytaxtın əsas küçə və meydanları ilə avtomobil yürüşü təşkil edilib
Xarici siyasət
26 Fevral , 2016 23:16
​Budapeştdə macar ictimaiyyətinə Xocalı soyqırımı haqqında geniş məlumat verilib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyi erməni hərbi birləşmələrinin törətdiyi Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə əlaqədar Budapeştdə macar ictimaiyyətinin geniş məlumatlandırılması üçün tədbir keçirilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən və Qəhrəmanlar meydanında azərbaycanlı və türk tələbələr şəhər sakinlərinə, habelə çoxsaylı turistlərə Xocalı haqqında şəkillər və bukletlər paylayıb, onların diqqətini Cənubi Qafqazda dörddə bir əsr sürən erməni işğalına, Xocalıda və Azərbaycanın digər yerlərində törətdikləri vəhşiliklərə yönəldiblər.

Budapeşt sakinlərinin diqqətini müasir Azərbaycan tarixinin bu faciəli səhifəsinə cəlb etmək məqsədi ilə şəhər meriyası ilə razılıq əsasında paytaxtın əsas küçə və meydanları ilə avtomobil yürüşü təşkil edilib. Üzərində Azərbaycan və türk bayraqları, Xocalı faciəsi ilə bağlı posterlər olan avtomobillər təxminən iki saata yaxın müddət ərzində polis maşınlarının müşayiəti ilə Budapeştin əsas küçə və meydanlarından keçib, şüarlar səsləndiriblər.

Eyni gündə digər bir tədbir səfirlik binasının qarşısında keçirilib. Xocalı soyqırımına dair çoxsaylı fotoların açıq hava sərgisi vətəndaşlarda böyük maraq doğurub.

Son xəbərlər

Orphus sistemi