Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında "Report”un sualını cavablandırarkən deyib.
XİN başçısı vurğulayıb ki, Budapeştdə keçiriləcək görüş yazda, Bakıda keçiriləcək görüş isə payız aylarında baş tutacaq.