Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu ilin əvvəlindən İtaliya səfirliyi Azərbaycandan olan tələbələrə 331 tələbə vizası təqdim edib.
Səfirlikdən "Report"a verilən məlumata görə, bu, ötənilki göstəricini iki dəfə üstələyib.
"Bu bir daha göstərir ki, Azərbaycan tələbələri üçün Avropa İttifaqında İtaliya bir nömrəli istiqamətdir", - səfirlikdən bildirilib.
Xatırladaq ki, bir qədər əvvəl İtaliyanın Azərbaycandakı səfirliyi bu ölkədə oxumaq istəyən tələbələrə vizaların verilməməsinə dair informasiyaya münasibət bildirərək açıqlama vermişdi. Bildirilirdi ki, sənədləri qaydasında olan tələbələrlə Konsulluq şöbəsindən əlaqə saxlanılacaq. Lakin sentyabrın 20-də bir qrup tələbə viza problemlərinin araşdırılması tələbi ilə Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.