Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb "Gülünc adların, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub".
Xarici siyasət
543
8 Dekabr , 2021 16:50
Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb

"Gülünc adların, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır: "Lakin il ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var. Belə ki, doğulan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm, Fatimə adları qoyulub. Uşaqlara adlar qoyulan zaman onların mənbəyinin və məzmununun araşdırılmasına xüsusi diqqət edilir".

Son xəbərlər

Orphus sistemi