Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda Uşaq Forumu keçiriləcək

    Bahar Muradova: Azərbaycan uşaq hüquqlarına da çox diqqətlə yanaşır© Report.az

    Bakı. 1 iyun. REPORTAZ/ "Azərbaycan uşaq hüquqlarının müdafiəsinə dair imzaladığı konvensiyalarda üzərinə götürdüyü öhdəlikləri, Azərbaycan Respublikasının Konstitusiyası və bunun əsasında hazırlanan “Uşaq hüquqları haqqında” qanundan irəli gələn vəzifələri bu illər ərzində yerinə yetirməkdədir".

    "Report"un xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova “Mənim səsim - mənim hüquqlarım: parlamentdə müzakirə” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib. 

    Vitse-spiker bildirib ki, 1 iyun bütün dünyada, o cümlədə Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir: “Azərbaycan bütün insan hüquqlarına hörmətlə yanaşdığı kimi, onun tərkib hissəsi olan uşaq hüquqlarına da çox diqqətlə yanaşır. Azərbaycan dövlətinin əsas siyasəti uşaqların təhsilinin, sağlamlığının təmin edilməsi, uşaqlar üçün bərabər imkanların yaradılmasıdır və bunun üçün bütün addımlar atılır. Bu il ölkəmizdə Uşaq Forumu keçiriləcək. Həmin forumda səslənən təkliflər, qaldırılan məsələlər parlamentin sonrakı fəaliyyətləri dövründə nəzərə alınacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi