Yuxarı

​Bu il Azərbaycan və Ukrayna Prezidentləri Şurasının iclası Bakıda keçiriləcək

Azərbaycan və Ukrayna prezidentləri Davosda iclasa hazırlıq işlərini müzakirə ediblər

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində görüş zamanı iki ölkənin Prezidentlər Şurasının 2016-cı ildə Bakıda keçiriləcək iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

"Report" UNN nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları, həmçinin GUAM çərçivəsində əməkdaşlığı fəallaşdırmaq barədə razılığa gəliblər. Ukrayna prezidenti bu konteksdə GUAM-ın baş katibi vəzifəsinə seçilən Azərbaycan nümayəndəsini təbrik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi