"Bu həftə ərzində yenə də İstanbulda türk dövlətlərinin yüksək səviyyəli diplomatları toplaşacaqlar".
"Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasındana sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, diplomatlar bir sıra üzərilərində iş gedən sənədlərin yekunlaşdırılması üzrə addımlar atacaqlar: "Həmin sənədlər dövlət başçılarının Zirvə görüşünə hazırlanmalıdır".