Bu gün Soçidə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Bu gün Soçidə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir
Xarici siyasət
11 Oktyabr , 2017 07:55
Bu gün Soçidə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın əsas hadisəsi quruma sədrliyin Rusiyadan Azərbaycana keçməsi olacaq. 2018-ci ildə MDB-yə Azərbaycan sədrlik edəcək.

Şuranın iclasında MDB üzvlərinin ümumi maraqlarına cavab verən prinsipial məsələlər müzakirə olunacaq.

Azərbaycan, Ermənistan, Belarus, Moldova, Qazaxıstan, Türkmənistan və Özbəkistan prezidentlərinin, həmçinin Qırğızıstan baş nazirinin iclasda iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi