Rusiya baş naziri Azərbaycana gəlib - YENİLƏNİB

Rusiya baş naziri Azərbaycana gəlib - YENİLƏNİB Medvedev Azərbaycan rəhbərliyi ilə məsələlərin geniş spektrini müzakirə edəcək
Xarici siyasət
8 Aprel , 2016 11:45
Rusiya baş naziri Azərbaycana gəlib - YENİLƏNİB

Bakı. 8 aprel. REPORT.AZ/ Rusiya baş naziri Dmitri Medvedev Azərbaycana gəlib. "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

O, səfər çərçivəsində Azərbaycan Prezident İlham Əliyev və Azərbaycanın baş naziri Elmar Məmmədyarovla görüşməyi planlaşdırır.

Qeyd edək ki, dünən D.Medvedev Yerevana səfər edərək erməni həmkarı və Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

***07:04

Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev Bakıya səfər edəcək. O, burada Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Artur Rasi-zadə ilə görüşəcək.

"Report" xəbər verir ki, gözlənildiyi kimi, baş nazir Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Medvedev Bakıya İrəvandan uçacaq. O, Ermənistanda yerli prezident Serj Sarqsyan və həmkarı Ovik Abramyan ilə danışıqlar aparıb.

Bundan əlavə, Medvedev Bakıya səfər hazırlığını aprelin 6-da azərbaycanlı həmkarı Artur Rasi-zadə ilə də müzakirə edib.

"Hökumət başçıları Dmitri Medvedevin aprelin 8-də Azərbaycana rəsmi səfərinə hazırlığı müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı iqtisadiyyat, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlıq da daxil olmaqla məsələlərin geniş spektrinin nəzərdən keçirilməsi planlaşdırılır", — deyə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi