Yuxarı

​Bu gün Prezident İlham Əliyev İrana səfər edəcək

Səfər barədə İranın XİN rəsmisi məlumat verib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfər edəcək.

"Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Cabir Ənsari məlumat verib.

O bu günlərdə Azərbaycan, İsveçrə və Cənubi Afrika prezidentlərinin İrana səfər edəcəyini bildirib.

Ənsarinin sözlərinə görə, Azərbaycan Prezidentinin Tehrana səfəri çərşənbə axşamı gözlənilir. İsveçrə prezidenti Yohann Niklaus Şnayder-Amman İrana 26-28 fevral aralığında, CAR prezidenti Ceykob Zuma isə fevralın 29-da səfər etməlidir.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Prezidenti İlham Əliyevin fevralın sonlarında İrana səfər edəcəyini məlumat vermişdi. O səfərin İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacağını, həmçinin səfər zamanı iqtisadiyyat və enerji sahələrində ikitərəfli sənədlərin imzalanacağını bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi