Bu gün paraflanan sənədlə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıyıb

Bu gün paraflanan sənədlə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıyıb Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan ilə Avropa İttifaqı arasında bu gün paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dair müddəa əksini tapıb.
Xarici siyasət
11 İyul , 2018 16:39
Bu gün paraflanan sənədlə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıyıb

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan ilə Avropa İttifaqı arasında bu gün paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dair müddəa əksini tapıb.  

"Report" xəbər verir ki, sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb.

Eyni zamanda birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.

Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi olub.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini paraflayıblar. 

Son xəbərlər

Orphus sistemi