Yuxarı
    Bağlamaq

    Bu gün Münhendə 52-ci Təhlükəsizlik Konfransı başlayır

    Konfrans fevralın 14-nə qədər davam edəcək

    Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Münhendə 52-ci Təhlükəsizlik Konfransı başlayır.

    "Report" xəbər verir ki, bu il Münhenə 30-dan çox dövlət və hökumət rəhbərləri, 70-dən çox XİN başçıları və müdafiə nazirləri toplaşacaq. Onlar dünyada təhlükəsizlik və sabitliyin təminatı mövzusunda müxtəlif məsələləri müzakirə edəcək.

    İordaniya kralı II Abdullah, Polşa prezidenti Andjey Duda, Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya baş naziri Dmitri Medvedyev, İraq baş naziri Hayder əl-Abadi, ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov konfransda iştirakını təsdiqləyib.

    Daha əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun jurnalistlərə verdiyi açıqlamaya görə, Azərbaycan Prezidenti İlham Əliyevin də konfransda iştirakı gözlənilir.

    Konfrans fevralın 14-nə qədər davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi