Yuxarı

​Bu gün Minskdə "Şərq Tərəfdaşlığı" ölkələri nazirlərinin növbəti görüşü keçiriləcək

Görüşdə proqramın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə ediləcək

Bakı. 29 İyun. REPORT.AZ/ Bu gün Belarusun paytaxtı Minskdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçı ölkələri nazirlərinin qeyri-rəsmi görüşünün 5-ci raundu keçiriləcək.

"Report" xəbər verir ki, məsləhətləşmələr iki seqmentdən ibarət olacaq: XİN rəhbərlərinin müzakirələri və nazirlərin iştirakı ilə "Şərq Tərəfdaşlığı" iştirakçı ölkələrinin ətraf mühit məsələləri üzrə tematik görüşü.

Görüşdə proqrama üzv ölkələrin xarici işlər nazirləri və ya onların müavinləri iştirak edəcəklər. Görüşdə, həmçinin Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan, ətraf mühit, dəniz və balıqçılıq üzrə Avropa komissarı Karmen Vella, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Alen Le Ruanın iştirakı gözlənilir.

Gündəliyə "Şərq Tərəfdaşlığı" proqramının 21-22 may 2015-ci il tarixində Riqada keçirilən 4-cü sammitinin yekunu kontekstində hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi