Yuxarı

Bu gün Milli Məclisin nümayəndə heyəti Monteneqroya səfər edəcək

Nümayəndə heyəti bu ölkənin müstəqilliyinin 10 illik yubileyi ilə əlaqədar tədbirlərə qatılacaq

Bakı. 20 may. REPORT.AZ/ Mayın 20-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərinə səfər edəcək.

"Report" xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Nümayəndə heyəti burada Monteneqronun müstəqilliyinin 10 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaq.

Milli Məclisin Sədri Oqtay Əsədovun yubiley tədbirində iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

Səfər mayın 22-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi