Bu gün İstanbulda Türk Şurasının katiblik binasının açılışı olacaq

Bu gün İstanbulda Türk Şurasının katiblik binasının açılışı olacaq Bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) katiblik binasının rəsmi açılış mərasimi keçiriləcək.
Xarici siyasət
12 Noyabr , 2021 12:01
Bu gün İstanbulda Türk Şurasının katiblik binasının açılışı olacaq

Bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) katiblik binasının rəsmi açılış mərasimi keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə şuranın tviter səhifəsində məlumat yayılıb.

“Dövlət başçılarımızın iştirakı ilə Türk Şurasının yeni katiblik binasının rəsmi açılışı və bayraqqaldırma mərasimi keçiriləcək”, - təşkilatdan bildirilib.

Qeyd edək ki, bu gün İstanbulda Türk Şurası ölkələrinin VIII Zirvə toplantısı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi