İƏT PA-nın Bakı Bəyannaməsi imzalanıb - YENİLƏNİB-2

İƏT PA-nın Bakı Bəyannaməsi imzalanıb - YENİLƏNİB-2 Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı keçiriləcək.
Xarici siyasət
17 May , 2022 16:49
İƏT PA-nın Bakı Bəyannaməsi imzalanıb - YENİLƏNİB-2

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi imzalanıb.

"Report"un xəbərinə görə, sənədi Azərbaycan, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərləri imzalayıblar.

İƏT PA-nın Baş katibi Tahir Hussain Bakı Bəyannaməsini tarixi sənəd adlandırıb:

“Tarixi Bakı Bəyannaməsinin imzalanması münasibətilə hər kəsi, xüsusən də Azərbaycan parlamentinin sədrini təbrik edirəm”.

15:00

Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı keçirilir.

"Report" xəbər verir ki, tədbirdə İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edirlər.

06:00

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı keçiriləcək.

"Report" xəbər verir ki, tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.

Əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.

Milli Məclisdə keçiriləcək İƏT PA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Nozirinin başçılıq etdiyi nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop,

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri, Qazaxıstan Parlament Məclisi sədrinin müavini, Qırğızıstan parlamentinin sədr müavini, İran parlamenti sədrinin birinci müavini Azərbaycana gəliblər.

Son xəbərlər

Orphus sistemi