Bu gün Aktauda "Xəzəryanı beşlik" liderlərinin sammiti keçiriləcək

Bu gün Aktauda "Xəzəryanı beşlik" liderlərinin sammiti keçiriləcək Bakı. 12 avqust. REPORT.AZ/ Bu gün Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının sammiti keçiriləcək.
Xarici siyasət
12 Avqust , 2018 08:00
Bu gün Aktauda Xəzəryanı beşlik liderlərinin sammiti keçiriləcək

Bakı. 12 avqust. REPORT.AZ/ Bu gün Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının sammiti keçiriləcək.

“Report” xəbər verir ki, sayca V sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, İran lideri Həsən Ruhani, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan lideri Qurbanqulı Berdıməhəmmədov iştirak edəcək.

Görüşün yekununda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi