Prezident İlham Əliyev: "İl ərzində Azərbaycana 800 mindən çox rusiyalı gəlib"

Prezident İlham Əliyev: "İl ərzində Azərbaycana 800 mindən çox rusiyalı gəlib" Bakı. 25 dekabr. REPORT.AZ/ Bizim uğurla həyata keçirdiyimiz əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır ki, Azərbaycan iqtisadiyyatı sabit tərəqqi etsin.
Xarici siyasət
25 Dekabr , 2018 04:26

Bakı. 25 dekabr. REPORT.AZ/ "Bizim uğurla həyata keçirdiyimiz əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır ki, Azərbaycan iqtisadiyyatı sabit tərəqqi etsin".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın aparıcı xəbərlər kanalı olan “Rossiya-24”də Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportajda səsləndirib.

Müxbirin "Axı, siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Belə başa düşürəm ki, ən çox turist Rusiyadandır" – fikirlərinə Azərbaycan Prezidenti belə cavab verib: "Bəli, birinci yerdə Rusiyadır. İl ərzində 800 mindən çox rusiyalı gəlib. Onlar özlərini evdəki kimi hiss edirlər, burada dil maneəsi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır".

Reportajda qeyd edilib ki, bu gün Azərbaycan nadir təbiət, meyvələr, tarixi abidələr deməkdir: "Bütün bunlar min bir işığa bürünüb. Bakı bütün günü lap Las-Veqas kimi işığa qərq olur. Azərbaycanı yanan neft və qaza görə “Odlar ölkəsi” adlandırıblar. Qədim zamanlarda Hindistandan buraya atəşpərəstlər ziyarətə gəlirdilər. Azərbaycanda planetdə mövcud olan 11 iqlim tipindən 9-u var. Bir neçə saat ərzində yolüstü çöl, subtropik və sıx meşələrdən keçərək qar yağan yerlərə düşmək olar. Bakıya gələrək isə Venesiyaya düşmək olar. Baxın, əsl yerli Venesiyadır. Müxtəlif ölkələri görmək üçün başqa yerə getmək lazım deyil. Sadəcə, Bakıya gəlmək kifayətdir. Burada, həqiqətən, nə desən var! Burada gəzintiyə çıxa bilərsən, burada Venesiyadakı kimi improvizə olunmuş kanallar, qayıqçılar var". 

Son xəbərlər

Orphus sistemi