Brüsseldə “Şərq Tərəfdaşlığı”nın perspektivləri müzakirə ediləcək

Brüsseldə “Şərq Tərəfdaşlığı”nın perspektivləri müzakirə ediləcək “Şərq Tərəfdaşlığı” proqramının inkişaf perspektivləri iyunun 18-də Brüsseldə müzakirə ediləcək.
Xarici siyasət
27 Aprel , 2020 16:33
Brüsseldə “Şərq Tərəfdaşlığı”nın perspektivləri müzakirə ediləcək
0 : 00
0 : 00

“Şərq Tərəfdaşlığı” proqramının inkişaf perspektivləri iyunun 18-də Brüsseldə müzakirə ediləcək.

“Report” xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda bildirib.

Eyni zamanda prezident buna qədər Aİ-yə üzv dövlətlərin rəhbərlərinin proqramda iştirak edən ölkələrin liderləri ilə əlaqə qura biləcəklərinə ümidvar olduğunu söyləyib.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel koronavirus pandemiyasına baxmayaraq, “Şərq Tərəfdaşlığı” sammitinin iyun ayında keçiriləcəyinə ümid etdiyini bildirib.

“Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi