Brüsseldə "Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunan Yüksək Səviyyəli Konfrans başa çatıb - VİDEO - YENİLƏNİB-2

Brüsseldə "Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunan Yüksək Səviyyəli Konfrans başa çatıb - VİDEO - YENİLƏNİB-2 Brüsseldə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunan Yüksək Səviyyəli Konfrans başa çatıb.
Xarici siyasət
245
14 May , 2019 16:29
Brüsseldə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunan Yüksək Səviyyəli Konfrans başa çatıb - VİDEO - YENİLƏNİB-2
Report

Brüsseldə "Şərq Tərəfdaşlığı"nın 10 illiyinə həsr olunan Yüksək Səviyyəli Konfrans başa çatıb.

"Report"un Brüsselə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, konfransı Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han bağlı elan edib.


***14:09

Video əlavə olunub


*** 11:43

Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının mənzil qərargahında "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyi şərəfinə Yüksək Səviyyəli Konfrans başlayıb.

"Report"un Brüsselə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, konfrans Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin sədrliyi ilə keçirilir.

Konfransda "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları, Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirləri, 34 ölkədən olan vətəndaş cəmiyyəti, biznes nümayəndələri, gənclər və jurnalistlər iştirak edirlər.

Konfransda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov da çıxış edəcək.

Yüksək Səviyyəli Konfrans zamanı iştirakçılar proqramın mövcud olduğu 10 il ərzində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək, eləcə də onun gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Son xəbərlər

Orphus sistemi