Brüsseldə NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin XİN başçılarının iclası başlayıb

Brüsseldə NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin XİN başçılarının iclası başlayıb İclasda Azərbaycan xarici işlər nazirinin çıxış edəcəyi gözlənilir
Xarici siyasət
7 Dekabr , 2016 14:30
Brüsseldə NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin XİN başçılarının iclası başlayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclası başlayıb.

"Report" xəbər verir ki, görüşdə nazirlər əməliyyatların həyata keçirilməsini və Əfqanıstana yardım göstərilməsini müzakirə edəcəklər.

İclasda NATO üzvü olan ölkələrin nazirlərindən başqa, Alyansın Əfqanıstandakı fəaliyyətini dəstəkləyən ölkələr, o cümlədən Azərbaycan iştirak edir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məhz bu iclasda iştirak etmək üçün Brüsseldədir və onun iclasda çıxış edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi