Elmar Məmmədyarov Brüsseldə NATO-nun Əfqanıstanla bağlı tədbirində iştirak edir

Elmar Məmmədyarov Brüsseldə NATO-nun Əfqanıstanla bağlı tədbirində iştirak edir Baş katib: "Bu, çətin çağırışların olduğu, amma eyni zamanda tərəqqi ili oldu"
Xarici siyasət
1 Dekabr , 2015 17:32
Elmar Məmmədyarov Brüsseldə NATO-nun Əfqanıstanla bağlı tədbirində iştirak edir

Bakı. 1 dekabr. REPORT.AZ/ Brüsseldə NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlərin görüşü başlayıb.

"Report" xəbər verir ki, təşkilatın qərargahında keçirilən iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Toplantını açıq elan edən NATO baş katibi Yens Stoltenberq qeyd edib ki, təhlükəsizliyin təminatının tamamilə Əfqanıstan tərəfinə verilməsindən bir il ötür. Lakin NATO bu məsələdə dəstək verməyə davam edir, yerli hüquq-mühafizə nümayəndələri üçün təlimlər təşkil edir.

"Bu, çətin çağırışların olduğu, amma eyni zamanda tərəqqi ili oldu", - baş katib deyib.

Y.Stoltenberq bəyan edib ki, iclasın gedişində iştirakçılar gələcəkdə həm hərbi, həm də maliyyə və siyasət sahəsində nə kimi dəstək verə biləcəklərini müzakirə edəcək. Onun sözlərinə görə, nazirlər eyni zamanda Əfqanıstanla əməkdaşlıq və bu ölkədə təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi