Nazir müavini: "Brüsseldə Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq"

Nazir müavini: "Brüsseldə Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq" Mahmud Məmmədquliyev: "Biz öz təkliflərimizi vermişik"
Xarici siyasət
21 Sentyabr , 2017 12:35
Nazir müavini: Brüsseldə Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq
Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev / Report

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Sentyabrın sonu Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə sahəvi müzakirələr olacaq". 

"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu görüşdə investisiya, siyasət və təhlükəsizlik məsələlərindən əlavə, digər məsələlər də müzakirə olunacaq: "Şübhəsiz, biz bütün məsələləri əhatə etməyəcəyik, lakin bir neçə məsələləri müzakirə etməyə çalışacağıq. Həmçinin Brüsseldə yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq. Bu, yeni addımdır. Biz öz təkliflərimizi vermişik. Avropa İttifaqı da öz təkliflərini verib. Sentyabrın 29-da bu məsələlər müzakirə olunacaq".

Son xəbərlər

Orphus sistemi