Britaniyanın müvəqqəti işlər vəkili: "Azərbaycan dini tolerantlılığı ilə tanınır"

Britaniyanın müvəqqəti işlər vəkili: "Azərbaycan dini tolerantlılığı ilə tanınır" O, dünyada ekstremizmlə mübarizədə dini tolerantlığın vacibliyini vurğulayıb
Xarici siyasət
27 Oktyabr , 2017 22:27
Britaniyanın müvəqqəti işlər vəkili: Azərbaycan dini tolerantlılığı ilə tanınır

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Azərbaycan dini tolerantlılıq və məzhəb azadlığı ilə tanınır”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Stiven Makkornik Beynəlxalq Din Azadlıq Gününə həsr olunumuş tədbirdə deyib. 

"Əsrlər boyu müxtəlif dini konfessiyaların nümayəndələri burada birgə yaşayıb", - deyə S.Makkornik bildirib.

O, qeyd edib ki, Böyük Britaniya da dini azadlığı və tolerantlığı dəstəkləyən ölkədir. “Dini ölkəmizdə dəyişikliklər edilməsi üçün müsbət bir qüvvədir”, - deyə Makkornik əlavə edib.

Britaniya təmsilçisi dünyada ekstremizmlə mübarizədə dini tolerantlılığın vacibliyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi