Sentyabrın 21-də Britaniyanın Lordlar palatasının ermənipərəst üzvlərinin təşəbbüsü ilə Azərbaycanın Qarabağ bölgəsində son vəziyyətlə əlaqədar müzakirə keçirilib.
Bu barədə "Report"a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.
İslamofob mövqeyi ilə tanınan Karolin Koks və digərləri tərəfindən Azərbaycana qarşı əsassız iddialar səsləndirilib və Azərbaycan və Ermənistan arasında münaqişəni dini zəmində təqdim etməyə çalışıblar.
Bu əsassız iddialara cavab olaraq Lord David Hovel məsələnin bir tərəfli olmadığı qeyd edərək, 1990-cı illərdə doğma torpaqlarından sürgün edilmiş azərbaycanlı məcburi köçkünlərin yaşadıqları çətinlikləri diqqətə çatdırıb. O, Azərbaycan və Britaniyanın strateji tərəfdaşlar olduğunu qeyd edib və Azərbaycanın regionun geopolitik xəritəsində vacib rol oynadığını bildirib.