Gənclər təşkilatlarının nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edib

Gənclər təşkilatlarının nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edib Beynəlxalq gənclər təşkilatlardan, o cümlədən Gənclərin İştirakı və Mədəniyyətlərarası Dialoq Assosiasiyasından (Youth Participation and Intercultural Dialogue Association) olan 20 nümayəndədən ibarət beynəlxalq müşahidəçilər qrupu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin müşahidə olunmasında iştirak edib.
Xarici siyasət
124
10 Fevral , 2020 12:35
Gənclər təşkilatlarının nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edib

Beynəlxalq gənclər təşkilatlardan, o cümlədən Gənclərin İştirakı və Mədəniyyətlərarası Dialoq Assosiasiyasından (Youth Participation and Intercultural Dialogue Association) olan 20 nümayəndədən ibarət beynəlxalq müşahidəçilər qrupu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin müşahidə olunmasında iştirak edib.

“Report” xəbər verir ki, nümayəndə heyəti Sosial Əməkdaşlıq Mərkəzinin dəstəyi ilə “Vətəndaş İctimai Birliyi” (“Citizen Public Union”) tərəfindən həyata keçirilən beynəlxalq müşahidə missiyasının tərkibində olub.

Nümayəndələrin çoxu Bakıda olub, bir qismi isə Gəncə, Sumqayıt, Şəki, Quba, Şamaxı, Qəbələ kimi bir sıra digər şəhər və bölgələrə göndərilib.

“Aydın görünür ki, bir çox gənc həm müşahidəçi, həm də namizəd kimi fəal iştirak edir”, - Avstriyadan olan müşahidəçi Bastian de Monte bildirib.

Danimarkadan olan beynəlxalq müşahidəçi Niklas Milters isə Azərbaycanda keçirilən parlament seçkiləri prosesindən məmnunluğunu dilə gətirib.

Öz növbəsində müşahidə missiyasının Böyük Britaniyadan olan üzvü Piter Duqlas Benks Böyük Britaniyada və Azərbaycanda seçkilərin fərqli olduğunu, onları müqayisə etməyin düzgün olmadığını vurğualayaraq, Azərbaycanda Milli Məclisə seçkilərin qənaətbəxş olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi