Yuxarı
    Bağlamaq

    Britaniyada yaşayan soydaşlarımız Ermənistan səfirliyinin binası qarşısında aksiya keçirib - FOTO

    Etiraz tədbiri nümayişlə davam etdiriləcək

    London. 9 iyul. REPORT.AZ/ Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Quliyeva Zəhranın həlak olmasına qüssə və qəzəblərini nümayiş etdirən Azərbaycanın Böyük Britaniyadakı diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyinin binası qarşısında etiraz aksiyası təşkil edib.

    "Report"un Qərbi Avropa bürosunun məlumatına görə, diaspor təşkilatlarının üzvləri, habelə bu ölkədə yaşayan soydaşlarımız tərəfindən Ermənistan səfirliyinin binası önünə körpə Zəhranın faciəvi ölümünün simvolu kimi qana gərq olmuş gəlinciklər düzülüb və bina körpə cəlladlarının şüarlarına boyadılıb.

    Qeyd edək ki, etiraz tədbirləri bununla yekunlaşmayacaq. Belə ki, aksiya Britanıya vaxtı ilə saat 12.00-dan etibarən binanın qarşısında nümayiş ilə davam etdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi