Britaniya və BMTİP Azərbaycandakı əməkdaşlığı genişləndirir

Britaniya və BMTİP Azərbaycandakı əməkdaşlığı genişləndirir Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
Xarici siyasət
29 Yanvar , 2021 18:30
Britaniya və BMTİP Azərbaycandakı əməkdaşlığı genişləndirir

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

“Report” xəbər verir ki, tərəflər Azərbaycanda gender bərabərliyinin təbliği və enerji səmərəliliyinin artırılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşün yekununda iki razılaşma imzalanıb.

Bunlardan biri Britaniya hökumətinin təqdim etdiyi resurslarla BMTİP-nin Qadın Resurs Mərkəzlərinin uğurlu fəaliyyətini Bərdə, Ağcabədi və Tərtər şəhərlərində həyata keçirməkdir.

İkinci razılaşma isə Gəncə və Bərdədə yerləşən binalarda enerji səmərəliliyinin təbliğinə dəstək və innovativ yaşıllaşdırma infrastrukturu yaratmaq barəsində Əməkdaşlıq Memorandumudur. Qeyd edək ki, sözügedən bölgələrin seçilməsi təsadüfi deyil. Belə ki, hər iki şəhərə hərbi münaqişə nəticəsində ciddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi