Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbərinin fəaliyyət müddəti başa çatıb

Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbərinin fəaliyyət müddəti başa çatıb Bu gün Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Samr Şahın ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib
Xarici siyasət
134
31 Avqust , 2021 20:23
Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbərinin fəaliyyət müddəti başa çatıb

Bu gün Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Samr Şahın ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın Britaniya Şurası ilə əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edən nazir Ceyhun Bayramov 28 ildir ki, ölkəmizdə fəaliyyət göstərən Britaniya Şurasının təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Nazir Ceyhun Bayramov Azərbaycan üçün tarixi bir mərhələdə ölkəmizdə fəaliyyət göstərən Samr Şaha gələcək işlərində uğurlar arzulayıb, habelə Britaniya Şurasının ölkəmiz üzrə Nümayəndəliyinin yeni rəhbəri ilə də faydalı və məhsuldar əməkdaşlığın həyata keçiriləcəyinə inam ifadə edib.

Samr Şah Azərbaycanda çalışdığı müddətdə Şuranın əməkdaşları ilə birgə görülmüş işlərdən məmnunluqla danışıb, bu xüsusda xoş xatirələri ilə bölüşüb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi